“MKS Academy” tərəfindən “Öyrətmək savab, öyrənmək qazanc” seriyasından olan növbəti vəsait dərc olunub. “ƏMAS Platforması: A-dan Z-yə” (II nəşr) kitabında əyani olaraq ƏMAS altsisteminin texniki imkanları nümayiş etdirilməklə praktiki məsələlər üzərindən əməliyyatların elektron sistemdə işlənilməsi addım-addım əks etdirilib. Kitab ƏMAS altsistemində həyata keçirilən bütün əməliyyatların (təşkilati strukturun yaradılması, nüsxələnməsi, mövcud struktura dəyişikliklərin həyata keçirilməsi, işəgötürən və işçilər haqqında məlumatların işlənməsi, səlahiyyətlərin həvalə olunması, əmrlərin hazırlanması, əmək müqaviləsinin qeydiyyatı, ona dəyişiklik və əlavələr edilməsi, vəzifə dəyişikliyi, vakant vəzifənin yaradılması və qeydiyyatı, əsas və əlavə məzuniyyətlər, işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, əmək müqaviləsinə xitam verilməsi halları, Dövlət Əmək Müfəttişliyinə müraciət və sair) sistemdə qeydiyyatını əhatə edir.
Kitabın daha bir özəlliyi məlumatları ƏMAS platformasında işlənilən əməliyyatların kargüzarlığının – daxili rəsmiləşdirilməsinin verilməsidir. Nəşrə daxil edilən əmr və əmək müqaviləsinə əlavə razılaşma nümunələri HR və mühasiblərin işinin asanlaşdırılması və kitabın bitkinliyinin təmin olunması məqsədilə tərtib olunub.
Qeyd edək ki, kitabı əldə edənlərə MKS portalından 1 ay ödənişsiz istifadə hədiyyə ediləcək. Portaldan istifadə olunmaqla əmək qanunvericiliyinə aid testləri həll etmək, qanunvericilik və praktiki sənəd nümunələri ilə tanış olmaq, eləcə də ən çox verilən suallarla tanışlıq imkanı mümkündür.
Sifariş üçün əlaqə telefonu: (050) 368-12-72