Bu ilin yanvar-may aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 1,9 dəfə və ya 12,7 milyon ABŞ dolları artaraq 26,3 milyon dolları üstələyib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk 5 ayında Azərbaycandan Qırğızıstana 22,4 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 1,9 dəfə və ya 10,9 milyon dollar çoxdur.
Qırğızıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 1,9 dəfə və ya 1,8 milyon dollar artaraq 3,8 milyon dollar təşkil edib.
Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,14 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,09 faiz bəndi üstələyir.