Nazirlər Kabinetinin Qərarına əsasən, “Elektrik şəbəkəsinə dair Qaydalar” təsdiq edilib.
Qərarla müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Elektrik şəbəkəsinə dair Qaydalar”da həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minir.