Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

2024.07.04 13:08 (UTC+04:00)

Bu günədək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb, 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin göstəricisinə nisbətdə 30 844 hektar çoxdur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, arpa sahələrinin 86,4 faizində, buğda sahələrinin isə 45,7 faizində biçin tam yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,7 sent/ha, buğda üzrə isə 31,9 sent/ha təşkil edir.

Zəmilərdən 2 025 070 ton məhsul yığılıb, yığılan məhsulun 1 089 912 tonu arpa, 935 158 tonu buğdadır.