2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

2024.07.01 16:41 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 36 388 000,0 min manat, xərcləri 39 742 300,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753,0 min manat, yerli gəlirləri 775 247,0 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edilib.