"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.07.01 15:27 (UTC+04:00)

- “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq”. 100-dən çox iş adamı işğaldan azad olunan ərazilərin biznes imkanları ilə yerində tanış oldu.

- Krediti vaxtından əvvəl bağladıqda faizlər necə hesablanır? Qanunla bu məsələ necə tənzimlənir?

- Torpağın təyinatını dəyişdirmək asanlaşır. Bu dəyişiklik kənd təsərrüfatı torpağında tikilmiş hansı əmlaklara şamil olunacaq?

- Tətil zamanı xoşagəlməz hallardan necə sığortalanmaq olar? Səyahət sığortası neçəyə başa gəlir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 30 iyun 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı İqtisadiyyat Nazirliyinin Ərazilərin inkişafı və bərpası şöbəsinin müdiri Zamin Bədirxanov Günel Bəhramqızının suallarını cavablandırır.