Bu ilin yanvar-may aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 310,6 milyard manatı, sayı isə 66,8 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 40,5 faiz, sayında isə 19,2 faiz artım qeydə alınıb.
Cari ilin ilk 5 ayında AZİPS vasitəsilə 829 min əməliyyat üzrə 289,7 milyard manat, XÖNKS vasitəsilə 65,6 milyon əməliyyat üzrə 20,4 milyard manat, AÖS ilə isə 299,4 min əməliyyat üzrə 398,1 milyon manat həcmində ödəniş həyata keçirilib.