Azərbaycan İnvestisiya Şirkəti özəl sektorla işbirliyinə xüsusi önəm verir

2024.06.28 14:55 (UTC+04:00)

“Azərbaycan İnvestisiya Şirkəti” ASC Xocalıda yerləşən sement zavodunun yenidən işlənməsində iştirak edib. “Azərbaycan İqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirin panel müzakirələrində qurumun icraçı direktoru Ülvi Mansurov deyib. Onun sözlərinə görə, özəl sektorun iştirakı ilə müəssisənin yenidən qurulması və təkmilləşdirilməsindən sonra burada iri həcmli və yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün olacaq.

"Bu gün üçün ən prioritet istiqamətlər infrastruktur layihələridir. Lakin bu o demək deyil ki, digər sahələr bizim üçün maraqlı deyil. “Azərbaycan İnvestisiya Şirkəti” ASC istənilən layihə ətrafında müzakirə aparmağa, ortaq işbirliyinə nail olmağa və bunun üçün özəl tərəfdaşlarımıza müvafiq həcmdə vəsait ayırmağa hazırıq. Hesab edirik ki, bu, ümumi işimiz üçün vacib amildir ",- Ü.Mansurov qeyd edib.