Laçın Beynəlxalq Hava Limanının yaxın zamanda açılması gözlənilir

2024.06.28 12:58 (UTC+04:00)

Bu ilin sonu, növbəti ilin əvvəlinə Laçın Beynəlxalq Hava Limanının tam istismara veriləcəyi nəzərdə tutulur.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edərkən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

Onun sözlərinə görə, gələn ilin mart ayında Borçu kəndindən Füzuli rayonunun Horadiz Şəhərinə uzanacaq avtomobil yolunun tikintisinin də başa çatdırılması gözlənilir.

"Su ehtiyatlarının artırılması istiqamətində 90 milyon kub metrdən çox tutuma malik “Həkəriçay” su anbarının tikintisi ilə bağlı işlər davam etdirilir. Bu su anbarı vasitəsilə nəinki Ağdam, Fizuli, Cəbrayıl, Laçının kəndlərinin su ehtiyacları ödəniləcək, əlavə olaraq Beyləqan və Füzulidən bir qol ayrılaraq Bakıya içməli suyun verilməsi təmin oluna bilər", - M.Məmmədov qeyd edib.