Mikayıl Cabbarov: “Sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin işə salınması planlaşdırılır”

2024.06.28 12:27 (UTC+04:00)

Azərbaycanda ilin sonuna qədər sahibkarlara əlavə maliyyəyə çıxış mexanizmlərinin təmin edilməsi ilə bağlı təşəbbüslərin yekunlaşdırılması və işə salınması planlaşdırılır”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib.

M.Cabbarov vurğulayıb ki, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkəti sahibkarların maliyyə resurslarına çıxışını təmin edir və gələcəkdə də təmin edəcəklər. Dövlət tərəfindən kreditlərin zəmanəti mexanizminin də istifadə olunduğunu qeyd edən nazir onu da əlavə edib ki, bank sektoru ilə birgə mexanizmlərin hazırlanması planlaşdırılır.