İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri arasında biznesə başlama sahəsində aparılmış islahatlardan məmnunluq üzrə onlayn sorğu keçirir. Bu sorğu hüquqi şəxslərin və kommersiya strukturlarının dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar, biznesə başlama sahəsində tətbiq olunan yeniliklər və innovativ həllərin sahibkarlar tərəfindən dəyərləndirilməsi, eyni zamanda prosesin təkmilləşdirilməsi üçün təkliflərin alınması məqsədi daşıyır.
Sorğu anonim keçirilir və sorğuda iştirak edənin heç bir məlumatı qeydə alınmır. Sorğuda iştirak etməklə Siz Dövlət Vergi Xidmətində biznesə başlama sahəsində aparılan işlərin təkmilləşdirilməsinə öz töhfənizi verə bilərsiniz.
Sorğuda bu link vasitəsilə iştirak edə bilərsiniz: https://bit.ly/4eE1n1U