Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

2024.06.25 21:50 (UTC+04:00)

Ölkəmizə ilk səfərini reallaşdıran Asiya İnkişaf Bankının (AİB) prezidenti cənab Masatsuqu Asakava ilə görüşümüzdə AİB - Azərbaycan əlaqələri, CAREC Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr apardıq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.