İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün daha bir faydalı videotəlimat hazırlayıb. “Vergi və digər büdcə daxilolmalarının, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının elektron ödəniş vasitəsilə ödənilməsi” barədə videotəlimat vergi ödəyicisi tərəfindən vergi və rüsumların müasir mexanizmlər vasitəsilə elektron formada ödənilməsi qaydalarını əhatə edir.