- Dövlət Vergi Xidmətinə böyük etimad - Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatına rəhbərlik edəcək.
- İşçi hansı halda məzuniyyətdən geri çağırıla bilər? İşəgötürənlə işçilər arasında mübahisə doğuran məqamlar necə həll olunmalıdır?
- Hansı sahibkarlara güzəştli kredit verilir? Bunun üçün hara, necə müraciət etmək lazımdır?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 23 iyun 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Rüstəm Əliyev Günel Bəhramqızının suallarını cavablandırır.