Ekoturizmin inkişafı ilə bağlı layihələr hazırlanır

2019.07.18 10:47 (UTC+04:00)

Bu ilin avqust ayından etibarən Azərbaycanda ekoturlar təşkil ediləcək. Bu haqda jurnalistlərə açıqlamasında "Aqrar Ticarət Şirkəti"nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib. Onun sözlərinə görə, hazırda aqrar ekoturizmlə fərdi qaydada bəzi təsərrüfatlar məşğul olsa da, bu sahə ölkədə geniş yayılmayıb: "Hazırda bizim əsas məqsədimizdən biri aqrar ekoturizmi Azərbaycanda inkişaf etdirməkdir".