SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb

2024.06.21 14:20 (UTC+04:00)

21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb.

SOCAR-ın məlumatına görə, təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir.

SOCAR, “M-Gaz” və “Asarel Medet” şirkətləri arasında uğurlu əməkdaşlıq nəticəsində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanması, həmçinin, bu ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.