Mərkəzi Bank uçot dərəcəsini 7,25 faiz səviyyəsində saxlayıb

2024.06.21 11:26 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

AMB-nin yaydığı məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 8,25 faiz səviyyəsində saxlanılıb.

Qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir.