Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5,3 dəfə və ya 159,7 milyon ABŞ dolları artaraq 196,6 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 5 ayında Azərbaycandan Afrika ölkələrinə 169,2 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 8,2 dəfə və ya 148,6 milyon dollar çoxdur.
Afrika ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 68,9 faiz və ya 11,1 milyon dollar artaraq 27,3 milyon dollar təşkil edib.
2024-cü ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 1,06 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,9 faiz bəndi çoxdur.