- Nağdsız ödəniş adı altında kartdan karta köçürmə təklif edən sahibkarlar istehlakçıların hüquqlarını necə pozur? Buna yol verənləri hansı cəzalar gözləyir?
- Azərbaycan startap və innovasiyalar üçün əlverişli mühitin yaradılmasında irəliləyiş əldə edib.
- Regionlardakı hava limanlarından aşağı büdcəli uçuşlar başlayır. Bu yay hansı istiqamətlərdə ucuz aviabilet tapmaq mümkün olacaq?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 16 iyun 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Günel Bəhramqızının suallarını cavablandırır.