Naxçıvan Muxtar Respublikasında 2024-cü il iyunun 1-nə əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 5.709-a çatıb.
Yanvar – may ayları ərzində həmin obyektlərdən vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə və ya 2,3 milyon manat artaraq 4,5 milyon manata yaxın olub.