Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur.
Nazirliyin məlumatına görə, 5 aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb.
Ötən 5 ayda 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.