Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 13 faizində biçin başa çatıb.
Bugünədək 131814 hektar sahədə biçin aparılıb. Sahələrdən 373897 ton arpa, 7905 ton buğda yığılıb. Arpa sahələrinin 31 faizində, buğda sahələrinin isə 0,4 faizində biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28.9 sentner, buğda üzrə isə 31.8 sentner təşkil edir.
İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.
Ümumilikdə “Aqroservis” ASC bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
“Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.