İspaniya şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları müzakirə olunub

2024.06.11 11:09 (UTC+04:00)

“İspaniyanın "Indra Sistemas" şirkətinin vitse-prezidenti Luis Permuy ilə ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr, həmçinin şirkətin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi apardıq”.

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında məlumat verib.