Naxçıvanda dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək

2024.06.10 18:00 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 və 11 iyul 2024-cü il tarixlərdə hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb.

Muxtar Respublikanın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, ilk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 11 iyul tarixində keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.

Hərraca çıxarılan əmlakların və hərracda iştirakla bağlı tələb olunan sənədlərin tam siyahısı ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə tanış olmaq olar.