Azərbaycan və Ukrayna sahibkarlarının iştirakı ilə onlayn formatda B2B görüş keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, Ukrayna Sənayeçilər və Sahibkarlar İttifaqı (USSİ) ilə birgə təşkil olunan görüşə USSİ-nin prezidenti Anatoliy Kinax, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev də qatılıblar.
Forumda çıxış edən natiqlər ölkələr arasındakı iqtisadi göstəricilərin indiki vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.