Qırğızıstandan Azərbaycana 101 baş yak gətirilərək işğaldan azad edilmiş Kəlbəcər ərazisində təbiətə buraxılıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, nazirliyin mütəxəssisləri tərəfindən 82 dişi, 19 erkək yak seçilib. Beş günlük karantin rejimi dövründə seçilən dişi yaklardan 15 buzov alınıb. Onlar da digər heyvanlarla Azərbaycana göndərilib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlarda eksperimental yak təsərrüfatının yaradılmasına 2022-ci ildə başlanıb. Mütəxəssislərin rəyi ilə işğaldan azad olunmuş Laçın və Kəlbəcər rayonunun yüksək dağlıq əraziləri yak təsərrüfatının yaradılması üçün uyğun sayılıb.