Nazirlər Kabineti “Standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanması” Qaydasını təsdiq edib.
Azərbaycan Standartlaşdırma İnstitutunun məlumatına əsasən, bu Qayda standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması qaydasını müəyyən edir.
Yeni, 24 may 2024-cü il tarixli Qərara əsasən, milli standartlaşdırma qurumu, standartlaşdırma üzrə texniki komitələr və səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını hər il həyata keçirməlidirlər.
Standartlaşdırma sahəsində yoxlanılan normativ sənədlərə dövlət standartları, o cümlədən ilkin dövlət standartları; Azərbaycan Respublikasında tətbiq edilən beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartları və texniki şərtlər aiddir.
Standartlaşdırma sahəsində qəbul edilən yeni qərarın məqsədi standartlaşdırma üzrə yeni normativ sənədin qəbulundan, mövcud olanların təkmilləşdirilməsinə və ya ləğvinə zərurətin olmasından, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsindən ibarətdir.