Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

2024.06.08 12:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC