"S&P Global Ratings" Azərbaycanın reytinqlərini təsdiqləyib

2024.06.08 11:47 (UTC+04:00)

"S&P Global Ratings" Azərbaycanın xarici və milli valyutada "BB+/B" səviyyəsində uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini təsdiqləyib.

Agentliyin məlumatlarına əsasən, reytinqlər üzrə proqnoz sabit olaraq qalır.

"S&P Global Ratings" Azərbaycanın 2024-2027-ci illər ərzində büdcə və cari əməliyyatlar hesabının ikiqat profisitini qoruyub saxlayacağını proqnozlaşdırır ki, buna da ixracın 80 faizini təşkil edən karbohidrogenlərin qiymətlərinin əlverişli olması imkan yaradacaq.

Sabit proqnoz agentliyin Azərbaycanın mühüm fiskal və xarici ehtiyatlarının iqtisadiyyatı ticarət şərtlərindəki dəyişikliklərlə əlaqəli mümkün şoklardan qorumağa kömək edəcəyinə dair gözləntilərini əks etdirir.

Qeyd olunur ki, geosiyasi risklər azalacağı və əlavə fiskal ehtiyatlar toplanacağı təqdirdə reytinqlər artırıla bilər.

Trend