Laçın və Ağalıda özünüməşğulluq proqramı üzrə bir neçə kiçik biznes yaradılıb

2024.06.07 16:14 (UTC+04:00)

Laçın şəhərinə, Laçının Zabux kəndinə və Zəngilan rayonunun Ağalı kəndində köçürülən sakinlərdən daha bir qrup şəxsə Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, verilən avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, avtomobil şinlərinin bərpası və təmiri, qadın gözəllik salonu, dərzi sexi, qapı və pəncərə istehsalı, fotoatelye xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 103-ə çatıb.