SİF: Cari ilin ilk beş ayında 83 milyon manatdan çox güzəştli kredit verilib

2024.06.06 18:10 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 1223 yeni iş yerinin yaradılması nəzərdə tutulur.