İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin Direktorlar Şurasının sədr müavini və idarəedici direktoru Raad Al-Saadi ilə görüşüb.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyi, müxtəlif sferalarda, o cümlədən, alternativ enerji sahəsində tərəfdaşlıq əlaqələrinin gücləndiyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə “ACWA Power” şirkəti ilə də səmərəli işbirliyi həyata keçirilir. Ölkəmizin şirkətlə alternativ və “yaşıl” enerji üzrə layihələrin birgə işlənməsinə dair imzaladığı sənədlər bu baxımdan əhəmiyyət kəsb edir.
Tərəflər alternativ enerji və dəniz suyunun duzsuzlaşdırılması üzrə layihələr, eləcə də COP29 üzrə potensial əməkdaşlıq imkanları barədə müzakirə aparıblar.