COP29 çərçivəsində Ümumdünya Ticarət Təşkilatı ilə tərəfdaşlıq imkanları nəzərdən keçirilib

2024.06.06 17:22 (UTC+04:00)

"Ümumdünya Ticarət Təşkilatının baş direktoru xanım Nqozi Okonyo-İveala ilə görüşdə ölkəmizin təşkilata üzvlük prosesi müzakirə edildi".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

"Azərbaycan və ÜTT arasında əlaqələrin inkişaf perspektivləri, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan işlər, regional və qlobal tərəfdaşlarla qurulmuş sıx ticarət əlaqələri və investisiyaların aktiv təşviqi barədə danışdıq. COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - nazir əlavə edib.