Şəhid ailəsi üçün Prezident təqaüdü nə qədərdir?

2024.06.07 13:46 (UTC+04:00)

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm tədbirlər həyata keçirilir.

Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə şəhid ailələrinə hər şəhidə görə ayda 600 manat məbləğində Prezident təqaüdü verilir.

Təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsindən verilir. Təqaüd plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2007-ci il yanvarın 1-dən verilir.