2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3.168,5 manat, qeyri neft-qaz sektorunda 524,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqqları 471,9 manat, özəl müəssisələrdə isə 730,3 manat olub.