“ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşdə Azərbaycanın karbohidrogen və yaşıl enerji sektorunun inkişafı, enerji infrastrukturunun maliyyələşdirilməsi, eləcə də bu sahələrdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Ölkəmizin 2024-cü il - "Yaşıl dünya naminə həmrəylik" ilində COP29 tədbirinə ev sahibliyinin əhəmiyyətini qarşılıqlı şəkildə vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.