AÇG-də dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanılacaq

2024.06.05 15:56 (UTC+04:00)

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanılacaq.

Bunu Bakı Enerji Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində ACG-də dərin laylardan ilk qazı almaq məqsədi ilə bu il birinci hasilat quyusunun qazılması nəzərdə tutulur.