Nazirlər Kabinetinin Qərarına əsasən, “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilib.
Sənəd “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.
Qaydalara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki komitə yaradılır. Texniki komitənin yaradılması təşəbbüsü ilə çıxış edən fiziki və hüquqi şəxslər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun tərtib edilmiş ərizə ilə milli standartlaşdırma qurumuna müraciət edirlər. Dövlət orqanları (qurumları) isə texniki komitənin yaradılması ilə bağlı milli standartlaşdırma qurumuna müraciət edirlər.
Texniki komitənin fəaliyyət göstərəcəyi ünvan barədə məlumat ərizədə (müraciətdə) qeyd edilir.