Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri isə 10 milyard 951 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, büdcənin icrasında 545,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,4 faizi qədər kəsir yaranıb.