Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir

2024.06.05 10:31 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 5 ədəd su anbarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası olaraq təmir-bərpa işləri, Tərtərçay Sol Sahil kanalının yenidənqurulması başa çatdırılaraq istifadəyə verilib, Zabuxçay su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5 iyun - Su təsərrüfatı və meliorasiya günü münasibətilə məqaləsində bildirib.

“Bu ərazilərdəki mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün su təsərrüfatı və meliorasiya obyektlərinin təmir-bərpası və inkişafı üzrə Texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işləri davam edir", - deyə Zaur Mikayılov vurğulayıb.

AZƏRTAC