"Saipem" şirkəti ilə əməkdaşlıq istiqamətləri və prioritetlər müzakirə edilib

2024.06.04 16:59 (UTC+04:00)

"Saipem" şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə şirkətlə əməkdaşlıq istiqamətlərini və prioritetləri müzakirə etdik”.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov müzakirə olunan məsələləri sadalayıb:

- Enerji tərəfdaşlığının mövcud vəziyyəti;

- Birgə əməkdaşlıq imkanları;

- Yaşıl enerji və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər.