Neft Fondu valyuta satışlarının həcmini açıqlayıb

2024.06.04 14:33 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən bu ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fondun yaydığı məlumata əsasən, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə valyuta satışının həcmi 2 dəfə və ya 281,4 milyon dollar artıb.

Cari ilin aprel ayı ilə müqayisədə isə mayda satışların həcmində 10,4 faiz və ya 64,8 milyon dollar azalma qeydə alınıb.