İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəalarına əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda həmin mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Hər hansı mal, iş və ya xidmət olmadan tərtib edilmiş elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətdə qeyd olunan halda, alıcı məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri