Mikayıl Cabbarov: "Belə layihələr yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirir"

2024.06.04 11:03 (UTC+04:00)

Bu gün SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti arasında günəş və külək enerjisinin istifadəsi ilə bağlı imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda məlumat paylaşıb.

"Belə layihələr yaşıl gələcəyə sadiqliyimizi nümayiş etdirir və iqtisadiyyatımıza, ətraf mühitin qorunmasına və sosial rifaha önəmli töhfələr verəcək", - nazir əlavə edib.