Birjalarda neft qiymətləri

2024.06.04 10:43 (UTC+04:00)

Dünya bazarında neftin qiyməti 0,36% ucuzlaşıb.

“Brent” markalı neftin bir barelinin dəyəri fevralın əvvəlindən bəri ilk dəfə 78 dollardan aşağı düşüb.

“Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36% azalaraq bir barel üçün 77,84 dollar təşkil edib.

Qərbi Texas markalı neftin dəyəri iyul fyuçersləri 0,74% ucuzlaşaraq 73,67 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,5 dollar və ya 4,2 faiz azalaraq 79,25 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.