Naxçıvanda taxıl anbarı kompleksinə güzəştli kredit ayrılıb

2024.06.03 17:55 (UTC+04:00)

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Naxçıvanda fəaliyyət göstərən taxıl anbarı kompleksinin məhsul tədarükü və xammal bazasının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, güzəştli kredit "Naxçıvan Taxıl Məhsulları" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.