Mərkəzi Bankın valyuta ehtiyatlarında artım qeydə alınıb

2024.06.03 16:43 (UTC+04:00)

2024-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 27,7 faiz artaraq 11 713,7 milyon ABŞ dollar təşkil edib.

AMB-nin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin aprel ayına nisbətdə mayda valyuta ehtiyatlarında 0,4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar təşkil edib.