ABŞ ilə ticarət dövriyyəsində müsbət dinamika var

2024.06.03 15:40 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 34,9 faiz və ya 54,6 milyon ABŞ dolları artaraq 211,1 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 4 ayında Azərbaycandan ABŞ-yə 16,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 5,5 dəfə və ya 13,7 milyon dollar çoxdur.

ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 26,6 faiz və ya 40,8 milyon dollar artaraq 194,3 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 1,54 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,67 faiz bəndi çoxdur.