İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident ödəniş xidməti təchizatçılarında açılmış hesaba dair məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.