Vergi uçotuna durmayan fiziki şəxsin məsuliyyəti

2024.06.05 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi orqanı əldə etdiyi mənbəyi bəlli məlumatlar əsasında uçota durmayan şəxsi məcburi qaydada vergi uçotuna ala bilər. Bundan başqa, vergi orqanı vergiləri və faizləri hesablaya, o cümlədən vergi qanunvericiliyini pozmuş şəxslərə qarşı maliyyə sanksiyası və intizam tənbehi tətbiq edə bilər.